Aygün Əzizova

Açar sözlər: problemli təlim, motivasiya, maraq, şagird, problem əsaslı öyrənmə, bacarıq, vərdiş, ziddiyyət

Aygün Rahil qızı Əzizova

AZƏRBAYCAN DİLİVƏ ƏDƏBİYYATI DƏRSLƏRİNDƏ PROBLEM ƏSASLI TƏLİMİN YARADILMASI VƏ ONUN MAHİYYƏTİ

Xülasə. Tədrisə problemli yanaşma təhsil prosesinin bütün mərhələlərində məktəblilərin biliklərini mənimsəmə şüurunu və gücünü artırmaq, uşaqların təfəkkürünü inkişaf etdirmək, ətrafdakı reallığa öz fəal münasibətini inkişaf etdirmək üçün böyük potensiala malikdir. Problem əsalı öyrənmə və ya problemin həlli aktı yeni öyrənmə üsulu deyil. Tarix boyu Problemli Tədris Strategiyasının primitiv nümunələrini görmək mümkündür. Aristoteldən başlayaraq, Sokrata qədər uzanan bir istifadə yolu diqqətimizi çəkir. Sokrat ilk çağda bu üsuldan ən səmərəli şəkildə istifadə etmişdir. Problem əsaslı öyrənmə, problemin həllini gətirdiyi üçün yüksək səviyyəli zehni bacarıqlar tələb edən öyrənmə nəzəriyyəsidir.

Cild 90, №6 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI