Nigar İsmayılova
MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ UŞAQLARIN ƏTRAF ALƏMLƏ TANIŞ EDİLMƏSİ MƏSƏLƏLƏRİ
Xülasə. Məqalədə məktəbəqədər yaş
dövründə uşaqların ətraf aləmlə tanış edilməsi məsələlərindən bəhs edilir. Qeyd
olunur ki, uşaq
təbiəti bilavasitə hiss orqanlarının köməyi ilə dərk edir. Ona görə də bütün
forma, ölçü, rəng, səs, qoxu, hərəkət müxtəlifliyi ilə onun qarşısında görünür.
Eyni
zamanda məqalədə bu işdə tərbiyəçi-müəllimin istifadə etdiyi metodlar,
prinsiplər də sadalanır.
Açar sözlər: məktəbəqədər, yaş, uşaq, ətraf aləm, məsələ,
tanışlıq