Afaq Sadıqova
Açar
sözlər:
informasiya-kommunikasiya texnologiyaları, tədris prosesi, dil materialı,
interaktiv metodlar, kommunikativ kompetensiyalar
Afaq
Allahverdi qızı Sadıqova
RUS DİLİNİN XARİCİ DİL KİMI TƏDRISINDƏ INNOVASIYANIN ROLU
Xülasə.
Məqalədə
yeni informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə tədris
prosesinin təşkili və onların bu prosesə təsiri təhlil edilir. Şagirdlərin
ünsiyyət bacarıqlarını inkişaf etdirən interaktiv metodlardan istifadə etməklə
tədris prosesini təşkil edərkən şagirdlərin yaşından və onların bilik səviyyəsindən
asılı olaraq uyğun interaktiv metod və ya texnikanın seçilməsinin vacibliyini nəzərə
almaq, onun tədris prosesində istifadəsinin metodoloji əsaslarını, həmçinin
kommunikativ səriştələrin formalaşması üçün zəruri sayılan təqdim olunan dil
materiallarının mürəkkəbliyini və kommunikativ əhəmiyyətini bilmək lazımdır.