Günel Muradova
ERKƏN
YAŞ DÖVRÜNDƏ İDRAKİ AKTİVLİYİN İNKİŞAFINDA AİLƏNİN ROLU
Xülasə. İdrak proseslǝri inkişaf etmiş
hǝr bir fǝrddǝ koqnitiv fǝaliyyǝt müşahidǝ olunur, lakin idrakı maraq vǝ
motivasiya onun tǝrǝqqisinin ǝsas şǝrtlǝrindǝn biridir vǝ bunun üçün valideynlǝrin
üzǝrinǝ böyük iş düşür. Mǝqalǝdǝ uşağın şǝxsiyyǝt kimi formalaşmasında vǝ idrak
fǝaliyyǝtinin inkişafında ailǝnin oynadığı rol haqqında mǝlumatlar öz ǝksini
tapmış, bunun ǝsasında valideynlǝrǝ kömǝk edǝ bilǝcǝk müǝyyǝn istiqamǝtlǝr verilmişdir.
Burada uşaqların ailǝ mühitindǝ rahat vǝ tǝhlükǝsiz şǝraitdǝ böyümǝsi vǝ bu
mühitdǝ fǝaliyyǝtin idrak fǝaliyyǝtinǝ müsbǝt tǝsiri, ailǝnin uşağa verǝ
bilǝcǝyi mǝnǝvi dǝyǝrlǝr, uşağın inkişaf etdirmǝli olduğu bacarıqlara da
toxunulub. Erkǝn yaşlardan başlayaraq uşaqların inkişafı üçün müǝyyǝn inkişaf
etdirici oyunların vǝ mǝşqlǝrin tǝtbiqi mǝqsǝdǝuyğun hesab olunur, çünki bu
yaş dövrü idrak fǝaliyyǝtinin inkişafı üçün ǝn hǝssas dövr hesab olunur.
Hǝmçinin burada idraki proseslǝrin erkǝn yaşlarda nǝ dǝrǝcǝdǝ inkişaf etdiyinǝ
diqqǝt yetirilmişdir.
Açar
sözlər: erkən yaş, idrakı inkişaf, ailə,
uşaq fəallığı, ünsiyyət ,idrak prosesləri, sosial mühit.