Müseyib İlyasov
İNNOVASİYALI TƏHSİL MÜHİTİ
MƏKTƏBDƏ TƏLİM MÜVƏFFƏQİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ AMİLİ KİMİ
Xülasə. Məktəbdə təlim müvəffəqiyyətinin yüksək olması pedaqoji prosesin məhsuldarlığını
xarakterizə edən ən başlıca amildir. Təlim müvəffəqiyyətinin yüksək olması isə
bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində ən mühüm olanı təhsil
ocağında innovasiyalı mühitin olmasıdır.
İnnovasiyalı təhsil mühiti birdən-birə formalaşmır. Bunun üçün ilk
növbədə şablon streotiplərdən uzaqlaşaraq pedaqoji prosesə yaradıcı yanaşmaq,
onu yaradıcı təşkil etməkdən ibarətdir. Bu baxımdan innovativ təhsil mühitin
formalaşdırılmasına müəyyən sistem kimi yanaşılmalıdır: ilk növbədə müəllim hazırlığının
məzmununda innovasiyaların tətbiqi; təhsil ocaqlarında çalışan müəllimlərin ixtisas
və peşə hazırlığının yüksəldilməsi; məktəbin müasir təhsil resursları ilə təmin
edilməsi; məktəbin əsl yaradıcılıq emalatxanası kimi fəaliyyətinin gücləndirilməsi;
idarəetmə və rəhbərlik proseslərinin müasir dünya standartlarına yaxınlaşdırılması
və s. amilləri bu sistemin əsas komponentləri hesab etmək olar.
Açar sözlər: mühit; innovasiya; müəllim
hazırlığı; səriştəlilik; yaradıcılıq