Mariana Kernerman
MƏDƏNİ-ASUDƏ
PROQRAMLARININ TƏŞKİLİNDƏ İVENT-TEXNOLOGİYALARIN PEDAQOJİ İMKANLARI
Xülasə. Məqalədə mədəni-asudə
proqramlarının təşkilində ivent texnologiyalarının inteqrasiyasından bəhs
edilir. Əsas diqqət bu texnologiyaların pedaqoji potensialına və onların dəyər
oriyentasiyalarının formalaşmasında, sosial qarşılıqlı əlaqənin inkişafında
və fərdi özünüidentifikasiyanın dəstəklənməsində roluna verilir.
Mədəni-asudə proqramları çərçivəsində
ivent-texnologiyalarından istifadə ilə bağlı mövcud yanaşmalar və
konsepsiyalar təhlil edilir. İvent-texnologiyalarının şəxsiyyətin inkişafına, təşkilatların
müsbət imicinin formalaşmasına və əhalinin mədəni fəallığının artırılmasına
təsiri də nəzərdən keçirilir. Proqramların müxtəlif hədəf qruplarının
ehtiyaclarına uyğunlaşdırılmasının vacibliyini vurğulayaraq, ivent-
texnologiyalarının mədəni-asudə praktikasına inteqrasiyası üçün tövsiyələr təklif
olunur. Məqalə tədqiqatçılar, müəllimlər, tədbir təşkilatçıları və mədəni-asudə
fəaliyyətinin inkişafı ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Açar sözlər: ivent-texnologiyaları, mədəni-asudə
proqramları, pedaqoji potensial, sosial qarşılıqlı əlaqə, yaradıcılıq.