Könül Babayeva
KİÇİKYAŞLI MƏKTƏBLİLƏRDƏ TƏHLİL-TƏRKİB BACARIQLARININ XÜSUSİYYƏTLƏRİ
Xülasə. Məqalədə bəhs edilən problеm kiçikyaşlı məktəblilər tərəfindən
ingilis dilinin mənimsənilməsinin psixoloji xüsusiyyətləri ilə bağlıdır.
Göstərilir ki, uşaqlığın ikinci dövrü olan kiçikyaşlı məktəbli dövründə
uşaqların həyatında yeni və mühüm mərhələ başlayır. Onlar oyun fəaliyyətindən təlim
fəaliyyətinə keçirlər. Məktəb həyatı ilə bağlı bir sıra dəyişmələr baş verir.
Həmin dəyişmələri kiçikyaşlı məktəblilərin dili mənimsəmələrində də görmək
mümkündür. Onlar xarici dili maraqla öyrənsələr də bir sıra maneələrlə üzləşirlər.
Bu maneələr özünü həm fonetikada, həm sintaksisdə, həm də orfoepiyada göstərir.
Məqalədə kiçikyaşlı məktəblilşərin dili mənimsəmələrində yaranan çətinliklərin
xarakteri də izah edilir. Qeyd olunur ki, bunun səbəbləri fizioloji və
psixoloji amillərlə bağlıdır. Bir sıra uşaqlarda dislaliya və disleksiya əlamətləri
özünü göstərir. Nitq problemləri olan uşaqlarda bu sahədəki imkаnlаrı genişləndirməkdən
ötrü nitqin prаktik təcrübədə mənimsənilməsinə üstünlük verilməlidir.
Açar sözlər: kiçikyaşlı məktəblilər, təhlil-tərkib bacarıqları, obrazlı təfəkkür,
dilin mənimsənilməsi, mənimsəmə çətinlikləri, fikri fəaliyyət, nitq, fonetika,
sintaksis, orfoepiya