Abbas Babayev

ALİ TƏHSİLİN ƏLÇATANLIĞININ ARTIRILMASI ÖMÜRBOYU TƏHSİL İNFRASTRUKTURUNUN FORMALAŞDIRILMASI ALƏTİ KİMİ

Xülasə. Ömürboyu təhsil sisteminin gücləndirilməsi, bu məqsədlə təhsil infrastrukturunun yaradılması Azər­­baycan Respublikasının prioritetləşdirilmiş inkişaf istiqamətləri arasındadır. Ömürboyu təhsilin təş­vi­qin­də və təşkilində ali təhsil müəssisələrinin rolu, xüsusilə onların müxtəlif əhali qrupları üçün əlçatanlığının tə­min edilməsinin əhəmiyyəti vurğulanır. Azərbaycanda ali təhsil pilləsinin əlçatanlıq səviyyəsinin qiy­mət­lən­di­­rildiyi bu məqalədə ali təhsil müəssisələrinə qəbul mexanizmlərinin cari vəziyyəti ömürboyu öyrənmənin təş­­viqi baxımından təhlil edilmiş, onun transformasiyası üçün potensial islahat istiqamətləri göstərilmişdir.

Açar sözlər: ömürboyu təhsil, ali təhsil, əvvəlki öyrənmənin tanınması, ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI