Musa Rzayev, Aysel Mayılova

ÜÇBUCAQLARIN HƏLLİNDƏ SFERİK TRİQONOMETRİYADAN İSTİFADƏ VASİTƏ KİMİ

Xülasə. Məqalədə orta ümumtəhsil məktəblərinin riyaziyyat təlimində əsas mövzulardan biri olan üç­bu­caqlar mövzusundan bəhs edilir. Üçbucaqların sferik triqonometriyadan istifadə edərək həlli yolları əlaqəli şə­kildə öyrənilməsi nümunələr əsasında göstərilir. Qeyd etmək lazımdır ki, “Həndəsə” məzmun xəttində üç­bu­caqlar mövzusuna aid məsələlərin həllində sferik triqonometriyanın və ya məlum teoremlərin tətbiqi yol­la­rın­dan istifadə edərək öyrənilməsi bir daha təkrar mənimsənilir.

Məqalə elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikasından mühazirə deyən və seminar məş­ğə­lələri aparan ali məktəb müəllimləri, orta məktəb müəllimləri, habelə tədqiqatçılar üçün faydalı olacaqdır.

Açar sözlər: sfera, triqonometriya, bucaq, üçbucaq, dairə, qövs, çəpbucaqlı, teorem, isbat, sahə, anlayış, tərif.

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI