Lalə Əliyeva
Açar
sözlər: yerli
özünüidarəetmə, yerli özünüidarəetmə orqanı, səmərəlilik, xidmət keyfiyyəti, vətəndaş
məmnuniyyəti
Lalə Səyavuş qızı Əliyeva
AZƏRBAYCANDA
YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ FƏALİYYƏTİNDƏ SƏMƏRƏLİYİN TƏMİN EDİLMƏSİ ÜZRƏ VƏTƏNDAŞ MƏMNUNİYYƏTİ
Xülasə. Xüsusilə son illərdə fəaliyyətin səmərəliliyi, xidmət keyfiyyəti və vətəndaş məmnunluğu kimi anlayışlar yerli özünüidarəetmə orqanlarında xüsusi aktuallıq daşıyır. Bu məqalənin məqsədi yerli özünüidarəetmə orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin vətəndaşlara kömək göstərdiyini və bu orqanların fəaliyyət səmərəliyinin təmin edilməsində vətəndaş məmnuniyyəti rolunu təhlil etməkdir. Yerli özünüidarəetmə orqanlarının səmərəliyini aydınlaşdırmaq üçün ilk növbədə səmərəlilik və keyfiyyət anlayışlarının izahı verilməlidir.