Xurşud Cəlil qızı İsmayılova, Sevinc Məhərrəm qızı Hacıyeva, Şəfəq Çingiz qızı Həsənova

AZƏRBAYCAN DİLİNİN MÜXTƏLİF DİALEKT VƏ ŞİVƏLƏRİN TƏLƏBƏLƏRİN LÜĞƏT EHTİYATININ ZƏNGİNLƏŞDİRİLMƏSİNDƏ ROLU

Xülasə. Azərbaycan dilinin müasir inkişaf prosesində dialekt və şivə faktları sürətlə arxaikləşir. Müxtəlif tayfa ünsürlərini və bu ünsürlərin bir-biri ilə qarışmasını özündə əks etdirən dialekt faktları son illər ərzində kütləvi informasiya vasitələrinin təsiri altında ədəbi dil faktları ilə əvəz olunur, arxaikləşir və xüsusi tarixi əhəmiyyət daşıyan leksemlər tarixizmə çevrilir. Sözsüz ki, dil tarixin güzgüsüdür və özündə xalqın taleyində baş vermiş neçə min illik hadisələri əks etdirir. Əlbəttə, Azərbaycan dili dialekt və şivələri tarixçiləri və linqvistləri maraqlandıran tarixi və linqvistik baxımdan mübahisəli məsələlərin həllində qiymətli bir xəzinədir. Dialektoloqların vəzifəsi dialekt və şivələrdə gizli qalmış məqamları aşkarlamaq və dərindən tədqiq etməkdir. Düşünürük ki, Azərbaycan dilinin dialekt və şivələrinin etnolinqvistik analizi mübahisəli olan bir çox tarixi məsələlərə aydınlıq gətirir. Qeyd edildiyi kimi, dialektlər başqa dillərin təsirinə daha az məruz qalır. Bu baxımdan dilin müxtəlif inkişaf mərhələlərinə aid söz və terminləri günümüzə qədər gətirib çıxarmış dialekt və şivələrimizin lüğət fondu canlı və etibarlı mənbə kimi çıxış edir.

Açar sözlər: Nitq inkişafı, şivə tələffüzü, etnolinqvistik analiz, xalqın maddi və mənəvi irsi, dilin təkmilləşməsi 

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI