Solmaz Həsənli
Açar sözlər: mobbinqin təsnifatı, ierarxik mobbinq, subyektiv
mobbinq, obyektiv mobbinq, aqressiv mobbinq.
Solmaz Qüdrət qızı Həsənli
QURUMLARDA PSİXOLOJİ TƏZYİQ METODU
KİMİ MOBBİNQİN NÖVLƏRİ
VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ
Xülasə. Mobbinq işçilərdə ağır fiziki və psixoloji
problemlərə səbəb olan və nəticələri həm müəssisə- yə, həm də bütövlükdə cəmiyyətə təsir edən vacib
sosial-psixoloji problemlərindən biridir. Bunun üçün də qurumlarda tətbiq edilən mobbinqin növləri ilə bağlı düzgün
diaqnozun qoyulması və bu problemlə mübarizə
yollarının axtarılması həm müəssisədə işçilərin və həm də qurumun
məhsuldarlığı və səmərəli fəaliyyəti ba- xımından
mühüm rol oynayır.