Səbinə Əlizadə
Açar sözlər: sosial
intellekt, sosial adaptasiya, ailə mühiti, bağça mühiti, sosial adaptasiya,
bağçaya hazırlıq.
Səbinə Hikmət qızı Əlizadə
SOSİAL
İNTELLEKT VƏ UŞAQLARIN BAĞÇAYA ADAPTASİYASININ
SOSİAL-PSİXOLOJİ MƏSƏLƏLƏRİ
Xülasə. Müasir dövrdə
sosial intellektin inkişaf etdirilməsi aktual sosial-psixoloji problemlərdən
biridir. Məktəbəqədər yaş dövrü sosial intellektin formalaşması üçün əsas rolu
oynayır. Lakin bir çox hallarda ailədə
sosial qabiliyyətlərin inkişafına önəm verilmir. Bu uşaqların bağçaya sosial
adaptasiyasını çətinləşdi- rir.
Nəticədə uşaqların sosial intellektinin inkişaf imkanları məhdudlaşır. Bu
məsələlərə həsr olunan məqalə- də
uşağın uşaq bağçasına sosial adaptasiyasının səbəbləri, uşağın bağçaya
hazırlığının zəruriliyi və yolları sosial
psixoloji baxımdan açıqlanır.