Səlbi Abasova

Açar sözlər: asimmetriya problemi, nisbilik prinsipi, beyin mexanizmləri, yarımkürələr, sensor asimmetriyalar.

Səlbi Ağamehdi qızı Abasova

NEYROPSİXOLOGİYADA FUNKSİONAL ASİMMETRİYA PROBLEMİ

Xülasə. Təkamül nöqteyi-nəzərindən asimmetriya bütün bioloji sistemlərin təşkilində və xüsusən də onurğalıların beyin fəaliyyətində ümumi fundamental qanunauyğunluqdur. Bu canlının üç ölçülü məkanda, qravitasiya sahəsində və zaman kontinumunda yaşamağa uyğunlaşma formalarının təkmilləşdirilməsinə əsas- lanır. Canlı orqanizmlərə münasibətdə adətən iki növ asimmetriya – struktur (morfoloji, insan üçün – antropoloji) və funksionallar nəzərdən keçirilir ki, bu da öz növbəsində simmetrik orqanların fizioloji işinin qeyri- bərabərliyi, yarımkürələrin və qoşa analizatorların periferik şöbələrinin psixi fəaliyyətinin qeyri-müəyyənliyi ilə təmsil oluna bilər.

Cild 90, №5 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI