Günəş Əfəndiyeva
Açar sözlər: virtual ünsiyyət, ailədaxili münasibətlər, insan
həyatı, psixoloji xüsusiyyətlər, informasiya
vasitələri, sosiallaşma,
aqressiya
Günəş Əli qızı Əfəndiyeva
ViRTUAL ÜNSİYYƏTİN BÖYÜK MƏKTƏBLİLƏRİN ŞƏXSiYYƏT KİMİ FORMALAŞMASINDA ROLU
Xülasə. Müstəqil həyatın astanası kimi səciyyələndirilən
böyük məktəbli dövrü insanın yetişməsi və inkişafı
prosesinin mürəkkəb dövrlərindən birini təşkil edir. Qloballaşma şəraitində
diqqəti cəlb edən məsələ odur ki,
insanın bütün fəaliyyəti və həyat tərzi, onun insanlarla münasibətinin
intensivliyi ciddi sürətdə də- yişdiyi
üçün paralel olaraq psixi fəaliyyətinin sürəti, ritmi bunlara müvafiq olaraq
dəyişir. Məqalədə böyük məktəbli yaş
dövründə birbaşa ünsiyyət saxlanmasını məhdudlaşdıran, ətrafdakı yaxınlar- qohumlar,
dostlar, qonşular və s. arasındakı
rabitələri zəiflədən səbəblərdən bəhs edilir. Göstərilir ki, insanın ətraf
aləmdən san- ki təcrid olunaraq öz
problemləri, qayğıları ilə baş-başa qalması, onun psixikasında problemlər
yaranmasına, onda aqressivliyin artmasına, ünsiyyət çatışmazlığına səbəb olan psixoloji problemlərin yaranmasına yol açır.
Bu psixolji amillər insanı sosial həyatdan uzaqlaşdıraraq tənha bir insana
çevirir və ünsiyyətdən məh- rum edir.