Solmaz Həsənli
Açar sözlər: mobbinq, qurumlar, mobbinq davranışları, iş yerində psixoloji
təzyiq
Solmaz Qüdrət qızı Həsənli
QURUMLARDA MOBBİNQ HESAB EDİLƏN DAVRANIŞLAR
Xülasə. Mobbinq – rastlaşdığı mənfi münasibət və haqsızlıqlar qarşısında
çarəsiz qalan insan tərəfindən müdaxilə edilməsi və qarşısının alınması çətin
bir prosesdir. Daha çox tibb, təhsil və özəl sektor sahələrində müşahidə edilən
mobbinq, insanın əmək fəaliyyətinin səmərəsini aşağı salır, sosial həyatına
mənfi təsir göstərir, psixoloji və fizioloji sağlamlığına təhlükə yaradır.
Günümüzdə işsizlik probleminin artdığı bir zamanda buna bağlı olaraq mobbinqə
məruz qalanların sayının da artması elmi araşdırmalarla isbat olunmuşdur.
Məqalədə günümüzün əsas sosial-psixoloji problemlərindən olan mobbinq hesab
edilə biləcək davranışlar təhlil olunmuş, bu davranışların əsas cəhətləri və
təsnifatı analiz edilmişdir.