Leyla Əhmədova
Açar sözlər: ümumtəhsil məktəbi, təhsil, keyfiyyət,
şagird, direktor müavini, idarəetmə, monitorinq, təkmilləşmə, dərs planı,
standart
Leyla Tahir qızı Əhmədova
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏHSİLİN KEYFİYYƏTİNİN İDARƏOLUNMASINDA DİREKTOR MÜAVİNİNİN ROLU
Xülasə. İstənilən sahədə keyfiyyət anlayışı müəyyən
olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını
xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət də bir o
qədər yüksək hesab olunur. Təhsildə də belədir. Təhsilin keyfiyyəti əldə olunan
nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara (standartlara) nisbəti ilə müəyyən
olunur. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim
nəticələrinin obyektiv qiymətləndirilməsi keyfiyyəti uzə çıxaran etibarlı mənbə
hesab olunur. Beləliklə, təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin
obyektiv qiymətləndiril- məsi ilə şərtlənir. Lakin şagirdin təlim nəticələri təhsil
sahəsində baş verən bütün fəaliyyətlərin yekun nəticəsi kimi ortaya
çıxdığından, şagirdin təlim nəticələrindən çıxış edərək müəllimin tədris fəaliyyəti,
təhsil müəssisələrinin, təhsili idarəetmə strukturlarının və bütövlukdə ölkənin
təhsil sisteminin fəaliyyətini də qiymətləndirmək mümkündur. Eyni zamanda,
keyfiyyətin faktiki vəziyyətini müəyyənləşdirməklə kifayətlənməyib, onun
yaxşılaşması və idarəolunması problemini də həll etmək olar. Azərbaycan
Respublikasının ümumi təhsil sistemində belə qiymətləndirmə sistemi
yaradılmaqdadır.