Afət Məmmədzadə
Açar sözlər:
Qravitasiya, cazibə, period, astronomiya, Günəş, Yer, planet
Afət Calal qızı Məmmədzadə
“QRAVİTASİYA SAHƏ İNTENSİVLİYİ” MÖVZUSUNUN TƏDRİSİNDƏ ASTRONOMİYA FƏNNİNİN ROLU
Xülasə. Ümumdünya cazibə
qanununu ümumtəhsil məktəbinin X sinfində ―Qravitasiya qüvvələri‖ bölməsində tədris olunur. Metodik
ədəbiyyatda bu qanunun bir neçə yolla tədrisinə təsadüf olunur. Qanu- nun kəşfi
ilə əlaqədar aşağıdakı üç əsas tarixi mərhələni nəzərdən keçirək: 1. Nyutona qədərki
dövr. 2. Nyutonun fəaliyyəti dövrü. 3. Nyutondan sonrakı dövr.
Ümumdünya cazibəsi haqqında ilk
elementar təsəvvürləri yunan alimləri Aristotel, Empidokl, Anaksa- qor və
Demokrit yaratmışlar. Qədim Yunan mütəfəkkirlərinə görə təbiətdə oxşar olan
cisimlər birləşməyə çalışırlar. Aristotel müəyyən hündürlükdən buraxılmış
cisimlərin Yerə düşmə hadisəsini belə izah edirdi: bütün cisimlər Yerin mərkəzinə
doğru hərəkət etməyə çalışır. O, Yeri kainatın mərkəzi hesab edirdi.