Gülnarə Əlixanova
Açar sözlər: özünüqiymətləndirmə, koqnitiv komponentlər, emosional
komponentlər, pozitiv “mən” obrazı, korreksiya, özünüdərk
Gülnarə Həmzəbəyovna
Əlixanova
MƏKTƏB TƏLİMİNİN ŞAGİRDDƏ
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN
İNKİŞAFINA PSİXOLOJİ TƏSİRİ
Xülasə. Məqalədə uşağın özünüqiymətləndirməsi, onun məktəb uğurunun
müvəffəqiyyətində müstəsna əhəmiyyət kəsb etməsi problemi açıqlanır.
Çətinliklərin aradan qaldırılması, uşağın öz həyat tərzi və münasibətlərində
dəyişiklik etməsi işində ilk məktəb müəllimlərinin qarşısında çox mühüm
vəzifələr durur. Uşağın özünüqiymətləndirməsi onun məktəb uğurununmüvəffəqiyyətində
təzahür edir və şagirdin müvəffəqiyyət səviyyəsi onun özünüqiymətləndirməsində
əks olunur. Son nəticədə şagirddə pozitiv ―mən konsepsiyasının inkişaf etdirilməsinin
əsas məqsədi, uşağa özünə dəstək, daxili motivasiya və rəğbətləndirmə mənbəyinin
təzahürü üçün köməklik etməkdə ifadə olunur. Məqalədə müəllimin qayğıkeş
yanaşması bu problemin asanlıqla həll olunmasına müvafiq imkanlar yaratması
məsələləri də müəyyənləşdirilir.