Günel Allahverdiyeva
Açar sözlər: nevroz, qorxu nevrozu, nevrotik reaksiya, nevrotik hal, nevrotik
inkişaf, panik hücumlar
Günel Ədalət qızı Allahverdiyeva
NEVROZUN NÖVLƏRİNİN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ
Xülasə. Nevroz, insanın sosial həyata uyğunlaşma cəhdləri nəticəsində yaranan
ciddi və ya qalıcı davranış pozuntusudur. Bu, çətin həyat şəraitindən, şüursuz
şəkildə edilən münaqişələri həll etmək üçün uğursuz cəhdlərdən yaranır. Nevroz
xəstəliyi anatomik və ya fiziki səbəblərdən qaynaqlanmır, amma çox ciddi bir
xəstəlikdir. Ziddiyyətlərə uyğunlaşa bilməmək, gərginlik və narahatlığa səbəb
olur. Nevrozun səbəbi dəqiq məlum deyil. Bu xəstəlik müxtəlif vəziyyətlərdə
özünü göstərir.