Rasim Abdurazaqov, Gülzar Hüseynova

Açar sözlər: virtual praktik iş, modelləşdirmə, elektrik dövrəsi, ardıcıl birləşdirmə, qiymətləndirmə

Rasim Rəşid oğlu Abdurazaqov, Gülzar Vidadi qızı Hüseynova

VIII SINIFDƏ “NAQİLLƏRIN ARDICIL BİRLƏŞDİRİLMƏSİ”

VIRTUAL PRAKTIK IŞ DƏRSININ MODELLƏŞDİRİLMƏSİ

Xülasə. Məqalədə ümumi orta təhsil səviyyəsinin VIII siniflərində fizika təliminin interaktiv pedaqoji texnologiyalarından biri kimi virtual praktik işlərin (laboratoriya işlərinin) icra mexanizmi şərh edilir. Bu məqsədlə ―Fizikadan multimedia‖ elektron tədris resursundan istifadə edilmişdir. Həmin resursda verilən virtual Macromedia Flash animasiya proqramında hazırlanmışdır. Modellərdə yüksək səviyyədə interaktivlik, təlim səhnəsinin obyektləri ilə kvazireal istifadəçi hərəkətlərinin dinamikliyi təmin edilmişdir. Şagirdlərin virtual mühitdə müstəqil fəaliyyəti üçün statik təlimatlarla yanaşı, idarə olunan dinamik modullar təqdim olunmuşdur. Virtual praktik işlər fizikadan illik tematik planda icrası nəzərdə tutulan laboratoriya dərslərinin uğurlu təşkili üçün faydalı əlavədir. Belə işlər maksimum aydınlığı, fiziki eksperimentlər üçün real avadanlıqların dəqiq modelləşdirilməsini təmin edir. Nümunə olaraq VIII sinifdə ―Naqillərin ardıcıl birləşdirilməsi‖ virtual praktik iş dərsinin modelləşdirilməsi ardıcıllığına baxılır. 

Cild 90, №3 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI