Elnarə Qasımova

Açar sözlər: optimallaşdırma, təlim prosesi, keyfiyyət, prinsip, qanunauyğunluqlar, şagird, müəllim, müasir məktəb

Elnarə Vahid qızı Qasımova

TƏLİM PROSESİNİN OPTİMALLAŞDIRILMASI YOLLARI

WAYS TO OPTIMIZE THE LEARNING PROCESS

Xülasə. Məqalədə təlim prosesinin optimallaşdırılması yollarından bəhs olunur. Müəllif qeyd edir ki, təlimin optimallaşdırılması üsulu müəllim və şagirdlərin fəaliyyətinin elə qarşılıqlı əlaqəsidir ki, burada müəyyən vaxt çərçivəsində təlimin səmərəliliyinin maksimal nəticələrinin alınması əvvəlcədən istiqamətlənmiş olur. Yəni şagird və müəllimin yüklənməməsi nəzərdə tutulur. Müəyyən meyarlar nöqteyi-nəzərindən mövcud şəraitdə təlim və tərbiyənin ən yaxşı variantlarının, məzmununun, forma və metodlarının elmi cəhətdən əsaslandırılmış seçimi və həyata keçirilməsi pedaqoji prosesin optimallaşdırılması adlanır. 

Cild 90, №3 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI