Aynur Qasımova

Açar sözlər: təhsilin məzmunu, müəllim, mühazirə, tələbə, müstəqil iş

Aynur Yasin qızı Qasımova

ALİ PEDAQOJİ MƏKTƏBLƏRDƏ TƏHSİLİN MƏZMUNUNUN

REALLAŞDIRILMASINDA MÜHAZİRƏNİN ROLU

Xülasə. Pedaqoji ədəbiyyatda mühazirə həm təlimin təşkili forması, həm də metod kimi təqdim edilir. Bu da təbiidir, çünki ali məktəblərdə mühazirə həm təlimin təşkili forması, həm də metod kimi çıxış edir. Müasir dövrdə belə fikir də formalaşıb ki, mühazirə tələbələri passivləşdirir, onlar mühazirəçinin verdiyi informasiyalara tənqidi münasibət bildirmir, biliklərin müstəqil olaraq əldə edilməsinə, mənimsənilməsinə meyl göstərmirlər. Məqalədə müasir mühazirələrin ənənəvi mühazirələrdən fərqli cəhətləri araşdırılır: 1) gələcəyin müəllimində mühazirəyə daxili tələbat və ehtiyac formalaşdırılmalıdır; 2) mühazirə təhsilalanların daxili potensialının reallaşdırılmasına kömək etməklə onların iş qabiliyyətini yüksəltməli, yaradıcı və tənqidi təfəkkürünü inkişaf etdirməlidir; 3) mühazirədə slaydlardan istifadə etməklə emosional təqdimat, şərh edilən fikirlərin aydın və dəqiqliyi, nəticələrin elmiliyi gözlənilməli, müəllimlər zəngin metodlar arsenalından səmərəli istifadə etməlidirlər; 4) mühazirə tələbələrin hiss və emosiyalarına təsir etməklə onları təqlid etməyə yox, elmi axtarışlara təhrik etməlidir. 

Cild 90, №3 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI