Aytac Mustafayeva
Açar sözlər: idarəetmə, model, məktəb, innovativ, təcrübə
Aytac İlham qızı Mustafayeva
MƏKTƏBİ İDARƏETMƏ VƏ ONA RƏHBƏRLİK PROSESİNİN EKSPERİMENTAL TƏTBİQİ
Xülasə. Pedaqogikanın ən mühüm tətbiq sahələrindən
biri məktəbdir. Onun müraciət etdiyi məsələlər çox müxtəlifdir. Məktəb elminin
öyrəndiyi məsələlərin siyahısına aşağıdakılar daxildir: məktəbin idarə edilməsi,
onun əsasları və prinsipləri, müəllim kollektivi, o cümlədən məktəb direktoru və
onun müavinlərinin fəaliyyətinin təşkili, müəllimlərin işinin tənzimlənməsi, məktəbdə
metodik iş, daxili nəzarət və s. Məktəb rəhbərliyi bu məsələlərin həlli ilə
bağlı vəzifələrin icrasında dövlət sənədlərinə və təhsil müəssisələrinin
nizamnaməsinə uyğun olaraq əsaslanır.