Elmira Kərimova
Açar sözlər: autizm, autistic
spektrin pozulması, psixi və nitq inkişafının ləngiməsi, tibbi korreksiya,
psixososial korreksiya
Elmira Mahmud qızı Kərimova
AUTİSTİK SPEKTRİN POZULMASINDA TİBBİ KORREKSİYANIN VACİBLİYİ
Xülasə. Autizmli
uşaqların valideynləri uşaqlarının inkişaf və davranışının digərlərindən fərqli
olduğunu çox vaxt dərk etmirlər. Və çox vaxt inkişafda pozulmalar hər kəsə
aydın olduqdan sonra kömək üçün mütəxəssislərə müraciət edirlər. Bəzən son
diaqnoz qoyulana qədər bir neçə il keçir. Körpədə psixi pozulmanın ola biləcəyini
etiraf etmək onlar üçün daha çətindir. Uşaq autizmi və ya indi deyildiyi kimi,
autistik spektrin pozulması (ASP), bu gün doğulan hər 88-ci uşaqda baş verir.
Valideynlər xəstəliyi necə tanımalı, nələrə diqqət etməli, ilk növbədə hansı
mütəxəssislərə müraciət etməlidirlər? Bu məqalə autistik spektrin və psixi və
nitq inkişafının pozulması ilə bağlı bu və digər suallara cavab verir.