Kamilə Kazımova, Aynur İsmayıllı

Açar sözlər: depressiya, depressiv amillər, fiziki məhdudiyyət, anadangəlmə fiziki məhdudiyyət, sonradan qazanılmış fiziki məhdudiyyət

Kamilə Qinyaz qızı Kazımova, Aynur Rövşən qızı İsmayıllı

DEPRESSİYANIN YARANMASINA FİZİKİ MƏHDUDİYYƏTİN TƏSİRİ

Xülasə. Tədqiqatlar göstərir ki, fiziki məhdudiyyət insanın psixi sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Fiziki məhdudiyyətlər insanın gündəlik fəaliyyətlərini yerinə yetirmək, başqaları ilə ünsiyyət qurmaq və vaxtilə həzz aldığı digər fəaliyyətlərlə məşğul olmaq qabiliyyətinə təsir etdikdə məyusluq, ümidsizlik və çarəsizlik hisslərinə səbəb ola bilər. Xüsusilə də fiziki məhdudiyyət uzunmüddətli və ya daimi olarsa, nəticədə depressiyanın yaranmasını şərtləndirə bilər. Fiziki məhdudiyyətli şəxslərin sağlamlığının həm fiziki, həm də psixoloji aspektlərini əhatə edən kompleks yanaşma ilə belə şəxslərin həyat keyfiyyətinin və ümumi rifahının yaxşılaşdırılması olduqca vacibdir.

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI