Telli Cabbarova, Səbinə Şahverdiyeva
Açar sözlər: emosiya, suisid, sosial, bioloji, şəxsiyyət,
təhlükə, intihar, emosional pozğunluq
Telli Rəhim qızı Cabbarova, Səbinə Zahid
qızı Şahverdiyeva
SUİSİDİN ŞƏXSİYYƏTİN EMOSİONAL POZĞUNLUQ HALINA TƏSİRİ
Xülasə. Şəxsiyyətin özünüdərki prosesində emosiyaları
və həyəcanları idarə etmək qabiliyyəti insanın koqnitiv imkanlarını inkişaf
etdirir. Bu hiss və emosiyalardan məhrum olan insanlarda emosional pozğunluq
halları, tənhalıq, suisid (intihar), müxtəlif nevroloji fobiyalar (qaranlıqdan,
hündürlükdən qorxmaq və s.) xüsusiyyətlər formalaşır. Şəxsiyyəti həddən çox tənhalıqdan
özünə qapanmadan xilas edə bilsək suisidə qalib gəlmək olar.