Şəhla İbrahimova
Açar sözlər: narsizm, ideallaşdırma, dəyərsizləşdirmə,
utanc
Şəhla Aqil qızı İbrahimova
NARSİSTİN FACİƏSİ
Xülasə. Müəllif təqdim olunan məqalədə narsist şəxsiyyətin
cəmiyyətdə tutduğu mövqe, xarakter xüsusiyyətləri və sosial münasibətlərdə ona
qarşı tərəfə olan təsirlərini müzakirə etmişdir. Aydındır ki, günümüzdə narsist
şəxsiyyətin yetişməsində ailə mühitinin rolu böyükdür. Məqalədə, həmçinin erkən
uşaqlıq dövründə ailə amilinin önəmi ilə əlaqədar olaraq aktual məsələlərin ədəbiyyat
icmalı üzrə təhlili aparılmışdır.
Məqalədə narsist şəxsiyyətin sosial,
dostluq, sevgi münasibətlərində müşahidə olunan xarakterik xüsusiyyətlər nəzərdən
keçirilmişdir. Tədqiqatların icmalı göstərir ki, uşağın narsist yetkinə çevrilməsində
ailə dəyərləri mühüm amildir.