Gülnarə Rizayeva

Açar sözlər: psixoloji özünümüdafiə, özünümüdafiə mexanizmləri, ailədaxili situasiyalar,sosial davranış, aqressiya, identifikasiya.

Gülnarə Sadıx qızı Rizayeva

UŞAQ YAŞLARINDA MÜDAFİƏNİN PSİXOLOJİ ÜSULLARI

Xülasə. Məqalə uşaqları qorumaq üçün psixoloji yollardan bəhs edir. Mühüm ehtiyac və funksiyalardan biri də ailə üzvlərinin psixoloji müdafiəsidir. Bu bütün ailə üzvlərinin rəğbət, hörmət, tanınma, emo- sional dəstəyə ehtiyacıdır. Bu funksiyanın əhəmiyyəti ondadır ki, bütün bu amillərin mövcudluğu təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin sabit, ahəngdar inkişafına gətirib çıxarır.

Uşağın psixoloji müdafiəsinin tamhüquqlu sisteminin formalaşması fərdi öyrənmə və inkişaf prosesində baş verir.

Bir uşaqda, eyni zamanda hər bir insanda hansı müdafiə mexanizmlərinin mövcudluğu konkret şərait və həyat tərzindən asılıdır. Bu, ailədaxili vəziyyətlər, uşağın valideynlərlə münasibəti ola bilər. Uşaq körpə vaxtından öz ailəsində emosional, maddi-mənəvi, psixoloji dəstək görmürsə, bu elə bir vəziyyətə gətirib çıxara bilər ki, uşaqda psixoloji problemlər yarana bilər. Uşaqlar bu problemlərlə təkbətək qalaraq mübarizə aparmaq məcburiyyətində qalırlar. Bu mübarizə onların özlərini psixoloji müdafiə etmək üçün müəyyən psixoloji mexanizmlərin yaranmasına və istifadəsinə gətirib çıxarır.

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI