Əhməd Məmmədov

Açar sözlər: funksional ardıcıllıq, funksional sıra, limit funksiyası, müntəzəm yığılma, majorant sıra, kontrmisal

Əhməd Nüsrət oğlu Məmmədov

RİYAZİ ANALİZ KURSUNUN “FUNKSİONAL ARDICILLIQLAR VƏ FUNKSİONAL

SIRALAR” BÖLMƏSİNDƏ KONTRMİSALLARDAN İSTİFADƏ METODLARI

Xülasə. Təqdim olunan iş Riyazi analiz kursunun ―Funksional ardıcıllıqlar və funksional sıralar‖ bölməsinin tədrisi problemlərinə həsr olunub. Həmin bölmədə kontrmisallardan istifadə metodları tədqiq olunur. Ümumiyyətlə, kontrmisallar bu və ya digər riyazi təklifin tərsini, yaxud həmin təkliflərdəki şərtlərin nə dərəcədə zəruri və ya kafi olduğunu nümayiş etdirməkdə yaxud hər hansı təklifin doğruluğunu inkar edən zaman istifadə olunur. Kontrmisallar nəzərdə tutulan bölmədə bir çox əsas anlayışların mənimsənilməsində, təlimin səmərəliliyinin yüksəldilməsində, tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafında mühüm və əvəzsiz rol oynayır. Müəllif belə hesab edir ki, digər riyazi fənlərin təlimində də kontrmisallardan istifadə əhəmiyyətlidir.

Cild 90, №4 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI