Arzu Cəfərova
Açar sözlər: yeniyetmə voleybolçular, fiziki tərbiyə, fiziki inkişaf, fiziki qabiliyyətlər, təfəkkür tərzi, təfəkkürün inkişafı, əməli təfəkkür, nəzəri təfəkkür, empirik təfəkkür
Arzu
Elşad qızı Cəfərova
YENİYETMƏ VOLEYBOLÇULARIN FİZİKİ QABİLİYYƏTLƏRİNİN FORMALAŞDIRILMASI ÜZRƏ İŞİN PSİXOLOJİ ƏSASLARI
Xülasə. Məqalə yeniyetmə voleybolçuların fiziki
qabiliyyətlərinin formalaşdırılması işinin psixoloji əsaslarından və bu əsasların
tətbiqi imkanlarından bəhs edir. Məqalədə göstərilir ki, yeniyetmə voleybolçuların
fiziki qabiliyyətlərinin formalaşdırılması üçün nəzərə alınan psixoloji
yanaşmalar mühüm əhəmiyyət kəsb edir. Bu zaman ilkin olaraq yeniyetmə
voleybolçuların təfəkkür imkanlarının tənzimlənməsi nəzərdə tutulur.
Bu prosesdə təfəkkürün əyani-hərəki təfəkkür,
sözlü-məntiqi təfəkkür, nəzəri təfəkkür, əməli təfəkkür, empirik təfəkkür,
analitik (məntiqi) təfəkkür və intuitiv təfəkkür, realistik təfəkkür, autistik
təfəkkür, əyani-surətli təfəkkür, eqoistik təfəkkür, produktiv ( məhsuldar)
və reproduktiv təfəkkür kimi növlərindən istifadə edil- məsi faydalı
sayılır.