Aygün Şərifova
Açar sözlər: onlayn təhsil,
platformalar, çətinliklər, öyrənmə moltivasiyası
Aygün Hicran qızı Şərifova
ELEKTRON TƏHSİLDƏ SİNFİN İDARƏ EDİLMƏSİNİN (CLASSROOM MANAGEMENT) ƏSAS YOLLARI
Xülasə. Onlayn təhsilin çətinliklərinin
müəyyənləşdirilməsi və onlayn təhsildə sinfin idarə edilməsi stra-
tegiyalarının təhlili və ümumiləşdirilməsi məqalədə öz əksini tapmışdır. Azərbaycanda
pedaqoji heyət onlayn təhsilə hazırlıqlı olmadığı üçün müəllimlərin internet
resurslarından istifadə edə bilməməsi, bəzi ailələrdə tele- fon, kompüter və
planşetlərin olmaması, bölgələrdə internet şəbəkəsinin zəifliyi, valideynlərin,
təhsilalanların təhsil platformalarına qoşulmaqda çətinlik çəkmələri, məktəb rəhbərlərinin
nəzarət mexanizminin təşkilində təcrübəsizlikləri şagird nailiyyətlərinin zəifləməsi
ilə nəticələndi ki, bu da ictimai narazılıqlara yol açdı. Bu ki- mi çətinliklər
onlayn təhsilin üstünlüklərinin və müsbət cəhətlərinin qəbuluna imkan vermədi.
Lakin onlayn təhsilin müəyyən üstünlükləri də vardır ki, bu gün onları elmi-nəzəri
baxımdan məqalədə əsaslandırılmışdır.