Yeganə Əskərova
Açar sözlər: yeniyetmə,
şəxsiyyət, ailə tərbiyəsi, ünsiyyət, özünüdərketmə, münasibət, davranış,
motivasiya
Yeganə
Baxış qızı Əskərova
YENİYETMƏ YAŞLI UŞAQLARIN
“MƏN” KONSEPSİYASININ PSİXOLOJİ MAHİYYƏTİ
Xülasə. ―Mən‖ obrazının əsasını insanın özü
haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heç də adi
xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən – obrazın
psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir. Mən – obraz mürəkkəb
hadisədir. Mən – obrazının formalaşması dia- lektik prosesdir. O, müxtəlif
amillərlə şərtlənir. İnsanda özü haqqında təsəvvürlərinin formalaşmasında hərəkət
və görmə duyğulan mühüm rol oynayır. Lakin ―Mən – obraz‖ın formalaşmasının əsas
mənbəyini başqa adamlar – yaşlılar, həmyaşıd oğlan və qızlar təşkil edirlər.
İnsan başqa adamlar vasitəsilə kişilik, qadınlıq, mənəvi gözəllik və s.
haqqındakı etalon və stereotiplərə yiyələnir, başqa adamları qiymətləndirməyi
öyrənir. Uşağın motivasiya-tələbat sahəsinin inkişafı onu əhatəedən adamlarla
ünsiyyətin özünün xüsusiy- yətləri ilə fərqlənir. Əgər uşağın yaşlılarla ünsiyyəti
emosional baxımdan fəsadlıdırsa, sevinc bəxş etmirsə, qǝm-kədər gətirirsə,
uşaqda yeni motivlər əmələ gəlmir, şəxsiyyətin düzgün tərbiyəsi mümkün olmur.
Uşaq şəxsiyyətinin formalaşmasında, valideyn-uşaq münasibətlərinin qurulmasında
nəsillərin təcrübəsindən, xalqın hikmət dünyasından istifadə etməyin əhəmiyyəti
və faydası şəksizdir.