Sona Əliyeva
Açar
sözlər: ailə,
münasibətlər, cəmiyyət, konflikt, ünsiyyət, ictimai
Sona İbrahim qızı Əliyeva
AZƏRBAYCAN
AİLƏSİNDƏ
QARŞILIQLI MÜNASİBƏTLƏRİN ETNOPSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə. Ailə ictimai – tarixi hadisədir. Ailə
münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasi- bətlərlə bilavasitə
bağlıdır. Cəmiyyət dəyişdikcə, ailə də dəyişir və inkişaf edir. Ailə həyatının
vektoru bila- vasitə ailə münasibətləri ilə şərtlənir. Onların araşdırılması
ailə psixologiyasının önəmli problemi kimi diqqəti cəlb edir. Ailə həyatının
sosial-psixoloji effektləri, hər şeydən öncə, ailə konfliktləri məhz ailə
münasibətləri zəminində əmələ gəlir və inkişaf edir. Tarixi inkişafın bütün mərhələlərində
ailə cəmiyyətin maddi həyat şəraiti ilə üzvi surətdə əlaqədar olmuşdur. Azərbaycan
psixologiyasında ailə münasibətləri ailə həyatının başlıca problemi kimi dəyərləndirilir
və müxtəlif aspektlərdə araşdırılır.