Mətanət Əliyeva
Açar sözlər: Yeniyetməlik dövrü, psixoloji böhran,
psixoloji dəstək, psixoterapiya, psixokorreksiya
Mətanət Valeh qızı Əliyeva
YENİYETMƏLƏRDƏ
BÖHRAN HALLARI ZAMANI PSIXOLOJI
YARDIMIN ROLU
Xülasə. Məqalədə yeniyetmələrdə psixoloji böhran
zamanı psixoloji dəstək məsələləri araşdırılmışdır.
Yeniyetməlik dövrü psixoloji böhran dövrü
kimi xarakterizə olunur. Bu dövrdə psixoloji böhran yaşayan yeniyetmələr müxtəlif
çətinliklərlə qarşılaşır və bu baxımdan psixoloji dəstək xüsusi aktuallıq kəsb
edir. Tədqiqatlar göstərir ki, yeniyetməlik dövründə psixoloji dəstək alanlar
digər yeniyetmələrə nisbətən bu dövrü daha rahat keçirir və psixoloji baxımdan
daha sağlam olurlar.