Könül Qurbanova
Açar sözlər: nitq, pozulma,
etiologiya, sosial-psixoloji səbəblər
Könül Bayram qızı Qurbanova
NİTQ PATOLOGİYALARININ ETİOLOGİYASI VƏ POZULMALARIN YARANMASININ SOSİAL-PSİXOLOJİ SƏBƏBLƏRİ
Xülasə. Nitq insanlar arasında kommunikasiya və
əlaqələr sisteminin aparıcı qüvvəsidir. Nitq sağlamlıq imkanları məhdud şəxslərin
cəmiyyətimizə adaptasiyası üçün əvəzedilməz rola malikdir. Nitq pozulmaları,
onların yaranma səbəbləri mövzunun aktuallığını təmin edir. Nitq qüsurlarının
yaranmasının əsas 2 səbəbi var. Orqanik və sosial-psixoloji. Orqanik səbəblərə
bətndaxili dövrdə doğuş zamanı və ya doğuşdan sonra beynin inkişafdan qalması və
zədələnməsi, nitq orqanlarının müxtəlif cür orqanik pozğunluqları aiddir.