Rauf Sultanov
X
SİNİFLƏRİN BİOLOGİYA DƏRSLƏRİNDƏ VALEOLOJİ BİLİKLƏRİN ÖYRƏNİLMƏ İMKANLARI
Xülasə. İnsanın sağlam, gümrah və xoşbəxt
yaşamasının əsas şərtlərindən biri valeoloji biliklərə yiyələnməkdir. Bütün
insanlar peşəsindən asılı olmayaraq öz sağlamlığını qorumaq üçün onların
valeoloji bilikləri əldə etməsi zəruridir. Məqalədə məktəb valeologiyası ilə əlaqədar
onuncu siniflərdə bakteriyaların, göbələklərin, parazit qurdların, birhüceyrəli
heyvanların və buğumayaqlıların törətdikləri qüsurların insan sağlamlığına təsiri
ilə əlaqədar valeoloji biliklərin tədrisinin imkanları araşdırılır. Burada həmçinin
parazit canlıların törətdiyi qüsurlara qarşı mübarizə ilə əlaqədar valeoloji
biliklər verilir.
Açar sözlər: pedaqoji valeologiya, bakteriya, valeoloji bilik, helmintozlar, birhüceyrəli heyvanlar, buğumayaqlılar.