Əhməd Məmmədov
Açar
sözlər: Şərti
ekstremum, mütləq ekstremum, rabitə tənliyi, Laqranj funksiyası, kontrmisal
Əhməd
Nüsrət oğlu Məmmədov
RİYAZİ ANALİZ KURSUNDA ÇOXDƏYİŞƏNLİ FUNKSİYANIN ŞƏRTİ VƏ
MÜTLƏQ EKSTREMUMLARININ ÖYRƏNİLMƏSİNDƏ KONTRMİSALLARDAN ISTİFADƏ
Xülasə.
Təqdim
olunan iş Ali pedaqoji məktəblərin Riyazi analiz kursunun ən fundamental bölmələrindən
birinə həsr olunub: Çoxdəyişənli funksiyaların diferensial hesabı. Bu
bölmədə funksiyanın şərti və mütləq ekstremumlarının öyrənilməsində qurulan
kontrmisallardan istifadə metodlarından bəhs olunur. Bu bölmədə teorem və
təkliflərdə ekstremumların tədqiqində mütləq və şərti ekstremumları arqumentlərin
əlavə şərt daxilində (rabitə tənliyini ödəməklə) ekstremumların tapılması və
istiqamətdə qurulan kontrmisallar tələbələrin yaradı- cılıq imkanlarının
artırılmasında, yeni yaranan anlayışların düzgün dərk olunmalarında mühüm rol
oynayır.
Müəllif belə hesab edir ki, Riyazi analizin digər mövzularında da kontrmisallardan istifadə çox faydalıdır.