Nigar Muradova
REPETİTORLUĞUN TƏNZİMLƏNMƏSİ ÜZRƏ XARİCİ TƏCRÜBƏNİN PEDAQOJİ EKSPERTİZASI
Xülasə. Məqalədə xaricdə təhsildə repetitorluğun dövlət
tənzimlənməsi məsələsi araşdırılır. Bu istiqamətdə inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrin beynəlxalq təcrübəsindən materiallar nümayiş etdirilir.
Pedaqoji ekspertiza nöqteyi-nəzərindən təhsildə repetitorluğun xarici müxtəlif
dövlət tənzimlənməsi sferası təhlil edilir. Yerli təhsildə repetitorluğun
reallıqları ilə müqayisədə repetitorluğun tənzimlənməsi üzrə xarici təcrübə
Azərbaycanda repetitorluğun dövlət tənzimlənməsinin parametrlərini müəyyən
etməyə kömək edir.
Açar sözləri: repetitorluğun tənzimlənməsi,
dövlətlərin yanaşmaları, xarici təcrübə, inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr, pedaqoji ekspertiza.