Sahilə Quliyeva

TƏLƏBƏLƏRİN DİL BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİNDƏ İNGİLİS DİLLİ BƏDİİ MƏTNLƏRDƏN İSTİFADƏNİN ROLU: ELMİ ƏDƏBİYYATIN TƏHLİLİ

Xülasə. Məqalə tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsində ingilis dilli bədii mətnlərdən isti­fa­də­nin rolunun elmi ədəbiyyatda təhlilinə həsr olunmuşdur. Məqalədə bir çox alimlərin, dilçilərin, peda­qoq­ların, metodistlərin apardıqları tədqiqatlar və araşdırmalar nəticəsində əldə etdikləri fikirlər, yanaşmalar ba­xımından ingilis dilinin tədrisində öyrəncilərin dil bacarıqlarının inkişaf etdirilməsinə bədii ədəbiyyatın nə kimi töhfələr verdiyi araşdırılır və bu mülahizələr nöqteyi-nəzərindən bədii ədəbiyyatın rolu təhlil olunur.

Açar sözlər: bədii mətnlərin rolu, elmi ədəbiyyat, autentik materiallar, ingilis dilinin tədrisi

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI