Səlbi Abasova

BEYNİN ALIN VƏ GİCGAH SAHƏLƏRİNİN ZƏDƏLƏNMƏSİ ZAMANI ALİ QABIQ FUNKSİYALARININ POZULMASI

Xülasə. Beyin qabığı, beyin kütləsinin qalan hissəsi ilə müqayisədə insanlarda təkamül baxımından ən gənc formasiyadır. Baş beyin qabığı orqanizmin həyat fəaliyyətinin tənzimlənməsində, davranışın mürəkkəb formalarının həyata keçirilməsində, sinir-psixi funksiyaların inkişafında müstəsna əhəmiyyətə malikdir. Ali beyin funksiyalarına qnozis, praksis, nitq, yaddaş, təfəkkür və s. daxildir. Müasir anlayışlara görə, bütün ali beyin funksiyaları mürəkkəb iyerarxik quruluşa malik funksional sistemdir, öz mexanizmində şərti ref­leksdir, sosial-tarixi mənşəlidir və hər bir fərddə doğulduqdan sonra və yalnız sosial mühitdə, müəyyən bir cəmiyyətin sivilizasiya səviyyəsinin, o cümlədən dil mədəniyyətinin təsiri altında inkişaf edir.

Açar sözlər: alın payı, gicgah payı, ali beyin funksiyaları, qıcolmalar, lokallaşma, müqavimət, zədələnmənin simptomları

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI