Novruz Musayev, Elşad Musayev

ORTA QULAĞIN SƏS YARDIMLARININ FİZİKİ ƏSASLARI

Xülasə. Məqalə eşitmə prosesinin fiziki əsaslarına həsr edilmişdir. Göstərilmişdir ki, mürəkkəb fizio­loji proses olan eşitmə hissi fiziki proseslər əsasında icra olunur. Müəyyən edilmişdir ki, həm alçaq tezlikli səs rəqsləri, həm eşitmə hissi yaradan səs rəqsləri və həm də daha yüksək tezlikli səs rəqslərinin eşitmə orqanına təsiri orta qulaqda baş verən fiziki proseslərlə tənzimlənir. Məqalədə eşitmə hissinin yaranmasında orta qulağın rolu və xarici qulaqdan orta qulağa daxil olan səs dalğalarının enerjisinin tənzimənməsində orta qu­lağın oynadığı rolun fiziki əsasları ətraflı araşdırılmışdır.

Açar sözlər: orqanizm, səs, eşitmə, qulaq, proses, tənzimləmə

Cild 91, №4 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI