İnarə Cəfərova
“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ƏVƏZOLUNMAZ LİDERİN
BÖYÜK SİYASİ KURSUNUN NƏTİCƏSİDİR
Xülasə. Məqalə Ulu Öndərin daim diqqətində olan ekoloji problemin aktual
məsələlərinə həsr olunub. Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas
məqsədi təbii sərvətlərdən indiki və gələcək nəsillərin ehtiyaclarını ödəmək
üçün səmərəli istifadə etməkdir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər
və görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların
əldə olunmasına təkan verib.
Açar
sözlər: ekologiya, yaşıl dünya,
təbii ehtiyatlar, əməkdaşlıq, insan
