Namiyə Xəlilova

ELEKTRON BİBLİOQRAFİYANIN İNFORMASİYA, TƏHSİL VƏ TƏDQİQAT MÜHİTİNDƏ ROLU

Xülasə. Bu tədqiqat məqaləsi elektron biblioqrafiyanın hazırkı vəziyyətini və onun informasiya fəa­liy­yəti sferalarındakı rolunu vurğulamaq məqsədini daşıyır. Məqalədə elektron biblioqrafik fəaliyyət elmi kom­mu­nikasiya elementi kimi nəzərdən keçirilmiş və informasiya, təhsil və elmi tədqiqat sahəsində çalışan istifa­dəçilərin informasiya tələbatının ödənilməsində önəmli aktorlardan biri kimi şərh edilmişdir. Elektron bib­lioqrafik məhsulların qısa izahı verilmiş, internet mühitində reallaşan rəqəmsal biblioqrafik xidmətin üstün­lükləri müzakirə edilmişdir. Məqalədə həmçinin elektron biblioqrafik xidmətlərdən istifadə edən istifa­dəçilərin ümumi aspektdən təsnifatı aparılmış, tədqiqatçılara və tələbələrə ədəbiyyat seçərkən biblioqrafik dəstəyin zəruriliyindən bəhs edilmişdir.

Açar sözlər: texnologiya, internet, elektron biblioqrafiya, elektron biblioqrafik vəsait, rəqəmsal istifadəçi, təhsil və tədqiqat.

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI