Yeganə Məmmədova

MÜASİR DÖVRDƏ UŞAQ BAĞÇALARINDA FOLKLOR NÜMUNƏLƏRİNDƏN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ

Xülasə. Azərbaycan xalqı öz milli mənşəyinə və tarixi köklərinə görə yüksək estetik dəyərlər əsasında formalaşmışdır. Uşaq ana dilini öyrənməyə ana laylası ilə başlayır. Uşağı necə böyütməli, boya-başa çatdırmalı, ona nəyi, necə öyrətməli olduğunu xalqımızın çoxəsrlik şifahi yaradıcılığının mühüm bir hissəsi olan uşaq folklorunu təşkil edən məsələlərdir. Uşaq folkloru onların maraq dairəsini əhatə edən materiallarla zəngindir. Burada onların bütün yaş mərhələlərinə aid tələbləri və ehtiyacları müəyyən mənada ödənilir. Folklor nümunələrinin yaşamasına və bu günə qədər gəlib çatmasına səbəb isə tərbiyəedicilik qüvvəsini doğ­rultmaq və qoruyub saxlamaqdır. Folklor nümunələri hələ qədimdən ulularımızın gənc nəsli tərbiyə etmək vasitəsi olmuşdur və burada öz əksini tapmış tərbiyəvi fikirlər bu günün də tələblərinə cavab verir. Xаlq böyüməkdə оlаn nəslin еstеtik tərbiyəsinə məhz еstеtik tələblərlə yаnаşаrаq, həyаtın bütün məqаmlаrındа оnа önəm vеrmişdir.

Açar sözlər: Məktəbəqədər dövr, folklor nümunələri, uşaqların yaradıcılığı, təlim, təhsil

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI