Şəlalə Seyidova

İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN ÖYRƏNMƏ MOTİVASİYASININ ARTIRILMASINDA KOMPÜTER TEXNOLOGİYALARININ ROLU

Xülasə. Məqalədə kiçik yaşlı məktəblilərin öyrənmə motivasiyasını inkişaf etdirmək üçün müasir kom­püter texnologiyalarından istifadə problemi müzakirə olunur. Bu istiqamət təhsilin inkişafında ən pers­pektivli istiqamətlərdən biri hesab olunur. İKT-dən istifadə olunan dərslər ibtidai siniflərdə xüsusilə ak­tual­dır. 1-4-cü sinif şagirdləri əyani-əməli təfəkkürə malikdirlər, ona görə də onların öyrənmələrini mümkün qə­dər yüksək keyfiyyətli illüstrativ materiallardan istifadə etməklə qurmaq çox vacibdir. Bu, təkcə görmə deyil, həm də qav­rayış prosesində eşitmə, duyğular və təxəyyülləri əhatə edir. Məlumdur ki, ibtidai təhsilin qar­şı­sın­da duran əsas vəzifə şagirdi təhsilini davam etdirmək üçün yetişdirmək və həyata hazırlamaqdır. Belə ki, ibti­dai siniflərdə təlim prosesində istifadə olunan informasiya texnologiyaları şagirdlərin təxəyyül və qav­ra­yış­larının for­ma­laşmasına şərait yaradır, dərslərin daha dolğun və məzmunlu mənimsənilməsinə şərait yara­dır. Dərslərin daha maraqlı təşkilinə də şərait yaranmaqla şagirdlərdə təlim motivasiyasının artmasına da sə­bəb olur.

Açar sözlər: motivasiya, kompüter texnologiyası, məktəbli, ibtidai sinif, təhsil, motivlər, uğur, motivlərin iyerarxiyası.

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI