Hüzürə Hacızadə
TƏLƏBƏLƏRİN
UNİVERSİTET HƏYATINA UYĞUNLAŞMASINDA ALİ MƏKTƏB MÜƏLLİMİNİN PEDAQOJİ
MƏDƏNİYYƏTİNİN ƏHƏMİYYƏTİ
Xülasə. İnsan
birdən birə tanımadığı yeni bir həyata qədəm qoyanda bu onun üçün həm çox həyəcanlı,
həm də çətin olur. Ali məktəbə yenicə gələn gənc tələbə çox qarışıq duyğular
yaşayır. Həm sevincli olur, həm də yeni dostlar, yeni fənlər, müəllimlər və
yeni bir tədris prosesi ilə tanış olur.
Məqalədə müəllimin pedaqoji mədəniyyəti ilə tələbələrin
ali məktəbdə tədris prosesinin şərtlərinə uyğunlaşması prosesi arasındakı əlaqə
araşdırılır; eyni ilə “uyğunlaşma” və “pedaqoji bacarıq” anlayışlarının mahiyyəti
və məzmunu açılır. Ali məktəb müəlliminin pedaqoji məharəti bir-biri ilə əlaqəli
bir çox komponentlərdən ibarət mürəkkəb bir sistem kimi qəbul edilir ki,
bunlar arasında müəllimin şəxsi keyfiyyətləri, xüsusi pedaqoji qabiliyyətinin
olması, yüksək təşkilatçılıq mədəniyyəti və ən əsası dərin peşəkar biliyi mühüm
yer tutur. Həmçinin məqalədə ali tədris ocağının tədris prosesində mövcud olan
ziddiyyətlərin bütöv bir kompleksinin təsviri verilmişdir və onların aradan
qaldırılması imkanlarına yer verilmişdir. Bu ziddiyyətlərin aradan
qaldırılması sayəsində tələbələrin təhsil prosesinə uyğunlaşması rahat şəkildə
baş verə bilər. Araşdırmada həmçinin təhsil prosesinin idarə edilməsinin əsas
fərqləndirici xüsusiyyətləri və təhsil prosesinin iştirakçıları arasında məhsuldar
pedaqoji ünsiyyətin qurulmasına töhfə verən məsələlər xarakterizə olunur. Pedaqoji
ünsiyyətin humanist üslubu humanizm və zəka, yüksək mənəvi mədəniyyət və məsuliyyət
kimi şəxsi keyfiyyətləri olmadan mümkün deyil. Məqalədə Naxçıvan Dövlət
Universitetinin tələbələri ilə keçirilən sorğunun nəticələri təhlil edilib təqdim
olunmuşdur.
Açar
sözlər: Ali
məktəb, müəllim, tələbə, pedaqoji mədəniyyət, bilik, bacarıq, fəaliyyət.