Mədinə Həziyeva
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLƏBƏLƏRİN TƏLİMƏ
MOTİVASİYASI
Xülasə. Elmi məqalədə ali təhsil müəssisələrində
tələbələrin təlimə motivasiyası araşdırılmışdır. Məqalədə qeyd edilir ki, öyrənmə
motivasiyasının xarakteri və şəxsiyyətin xüsusiyyətləri mahiyyətcə təhsilin
keyfiyyətinin göstəriciləridir. Uğurlu təhsil üçün motivasiya amili intellektdən
az əhəmiyyət kəsb etmir. Elmi məqalədə insanın əmək fəaliyyəti ilə bağlı motivlər, tələbələrin fəaliyyətinin xüsusiyyətləri də öyrənilmişdir.
Açar sözlər: təlimə
motivasiya, tələbatlar, təhsilin
keyfiyyət göstəriciləri, motivlər, peşəyönümli motivasiya