Adilə Nəzərova
NAXÇIVANDA HÜRUFİZM. HÜRUFİZM TƏLİMİNDƏ TƏRBİYƏVİ
İDEYALAR
Xülasə. Azərbaycanın və Yaxın Şərqin
tarixində, ictimai-mədəni həyatında, ədəbiyyatında və xüsusilə fəlsəfi fikir
tarixində xüsusi yeri olan hürufizm yaranan ilk illərdən etibarən həm cəmiyyət
həyatına, həm də siyasi dairələrə nüfuz etmişdir.
Hürufilik təlimində, o cümlədən İ. Nəsiminin əsərlərində
elm, irfan, təhsil, adicə oxumaq qabiliyyəti belə tərbiyə sayılır. Onun müsbət əxlaqi
keyfiyyətlər formalaşdıran tərbiyəvi-didaktik görüşləri neçə-neçə nəsillərin mənəvi
tərbiyəsində önəmli rol oynayır.
Açar sözlər: Naxçıvan, hürufilik təlimi,
mübarizə, kamil insan, fəlsəfi ideyalar, təbiyə