Nabat Əhmədova
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ
SİNİFDƏNXARİC VƏ MƏKTƏBDƏNKƏNAR TƏDBİRLƏRİN TƏŞKİLİ FORMALARI
Xülasə. Elmi məqalədə ilkin olaraq
sinifdənxaric, məktəbdənkənar anlayışların mahiyyətinə aydınlıq gətirilmişdir.
Daha sonra dərnək məşğələləri, mədəni-kütləvi tədbirlər, müsabiqələr, idman
yarışlarının keçirilməsi və təlimati-metodik işlər haqqında geniş məlumat
verilmişdir. Sinifdənxaric tərbiyə işlərinin təşkili formaları fərdi, qrup,
kollektiv, kütləvi iş formaları və onların həyata keçirilməsi istiqamətləri
göstərilmişdir.
Açar sözlər: məktəbdənkənar müəssisə, sinifdənxaric
tədbirlər, məktəb, müəllim, disput